Güclü yağış Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətində maneə yaratdı

 20:00 06.05.2025     253

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

Vumart və Güvən reklamı Vumart Güvən