Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidinin atası vəfat edib.
Redaktor.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhid olan müddətdən artıq hərbi qulluqçu Samir Məmmədovun atası Ramiz Məmmədov vəfat edib. Bu haqda redaksiyamıza şəhidin yaxınları məlumat verib. Şəhid atası yaşadığı Göygöl rayonunda dəfn edilib.
Qeyd edək ki, Samir Ramiz oğlu Məmmədov 1996-cı il fevralın 10-da Göygöl rayonunda anadan olub. O, Vətən müharibəsi zamanı oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Samir Məmmədov ölkə başçısı tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN

