Bakıda “Yango” taksinin sürücüsü sərnişin qıza əxlaqsız təkliflər etdi - TƏFƏRRÜAT

 12:33 07.05.2025     182

Bakının Xətai rayonunda taksi sürücüsü sərnişin qıza əxlaqsız hərəkətlər edib.

Redaktor.az xəbər verir ki, Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Bəhram Vəliyev (ad-soyad şərti verilib – red.) taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə sərnişin qismində bir qızı götürüb.

Avtomobildə qıza əxlaqsız hərəkətlər edib, o da olayla bağlı hüquq-mühafizə orqanına şikayət edib.

Şikayət əsasında Bəhram Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.

İş üzrə izahat verən Bəhramın sözlərinə görə, Tbilisi prospektindən Əhmədli qəsəbəsinə taksi sifariş etmiş xanım maşında ön oturacağa əyləşib, telefonunda videolara baxarkən bildirdiyi fikirlərə müdaxilə edib, o da əliylə qıza toxunub.

O, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən qızın sözlərinə görə, “Yango” taksi sifariş edib: “Avtomobilə əyləşəndən bir az sonra sürücü yüngül şəkildə qoluma və bədənimə əli ilə toxunaraq, əxlaqsız sözlər deməyə başladı. Ona xəbərdarlıq etsəm də, hərəkətlərinə davam etdi, mənə qarşı nalayiq sözlər və intim ifadələr işlətdi. Daha sonra maşını saxladaraq düşdüm”.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəhram Vəliyev 8 gün müddətinə inzibati qaydada həbs edilib (teleqraf.az).