Cəlilabadda avtomobil 10 yaşlı məktəblini vuraraq ÖLDÜRDÜ

 17:51 07.05.2025     121

Cəlilabad rayonunda avtomobil 10 yaşlı məktəblini vurub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır (APA).