İstisuda “Niva”nı çaya AŞIRDI

 10:42 08.05.2025     91

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan sürücü 1985-ci il təvəllüdlü Namiq Mamedov qəza anında “Niva” markalı avtomobili ilə birlikdə çaya düşüb.

Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.