Əhməd Məmmədli barəsində həbs qərarı VERİLDİ

 15:32 08.05.2025     75

Saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs edilib.

Redaktor.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi belə qərar qəbul edib.

Qərara əsasən, Ə.Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əhməd iki gün əvvəl saxlanılıb. O, bir nəfərə taksidə kəsici alətlə xəsarət yetirməkdə ittiham olunur (Qafqazinfo).