Sumqayıt sakini iş yerində ÖLDÜ

 23:29 08.05.2025     101

Sumqayıtda marketdə çalışan qadın iş yerində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində yerləşən marketlərin birində qeydə alınıb.

1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.