Beyləqanda körpə ölümünün səbəbi məlum oldu - YENİLƏNİB

 13:54 10.05.2025     95

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.

12:20

***

Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.

Redaktor.az xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana -  yaşadıqları G.Əsədov küçəsinə  gətirilib. 4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).