Beyləqanda körpə ölümünün səbəbi məlum oldu - YENİLƏNİB

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.
12:20
***
Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.
Redaktor.az xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana - yaşadıqları G.Əsədov küçəsinə gətirilib. 4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).