Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş VERDİ

 21:20 10.05.2025     104

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Xanbalayev Murad Tahir oğlu idarə etdiyi “Mercedes” avtomobili ilə hərəkətdə olarkən piyada, 1994-cü il təvəllüdlü Xudiyev Sadiq Qəfər oğlunu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır