Türkiyədə ağır yol qəzası baş verdi, 18 nəfər yaralandı

Türkiyədə şagirdləri daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 18 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, hadisə Sinop şəhərində qeydə alınıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Onlardan ikisinin durumu ağırdır.