Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi - VİDEO

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər DYP İdarəsi və Nəsimi RPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.
Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılıb və onlar 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı, N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.