Gəncədə mənzildə partlayış: ölən və xəsarət alan var - VİDEO

 14:11 12.05.2025     153

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Gəncədə evdə baş verən partlayışla bağlı bəzi təfərrüatları məlum olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, evdə yaşayan kişi ilə qadın arasında mübahisə olub. Mübahizə zamanı evə benzin tökülüb, nəticədə partlayış olub. Partlayış zamanı bir nəfər hadisə yerində ölüb.

1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

13.23

Gəncədə mənzildə partlayış olub.

Redaktor.az xəbər verir ki, şəhərdə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzildə anidən partlayış olub.

İlkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb (apa).