Gəncədəki partlayış qəsdən TÖRƏDİLİBMİŞ

 14:50 12.05.2025     208

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə yaşayış binasında partlayış baş verib.

Redaktor.az musavat.com-a istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi məlum olub.

Bildirilib ki, Adil adlı şəxs hadisədən əvvəl 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova ilə dalaşıb və onu bıçaqla hədələyib. Sonra isə evi yandırıb və partlayış baş verib. Nəticədə kişi özü ölüb, qadın xəsarət alıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.