Sumqayıtda marketin yaxınlığında qadın meyiti tapıldı

Sumqayıtda 67 yaşlı qadının meyiti aşkarlanıb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 26-cı məhəlləsində qeydə alınıb.
1958-ci il təvəllüdlü Gülnarə Rzayevanın meyiti marketin yaxınlığında aşkar olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.