Sumqayıtda iki nəfərə xəsarət yetirmiş şəxs saxlanıldı – YENİLƏNİB

 21:47 12.05.2025     172

Sumqayıt şəhərində iki qohuma bıçaqla xəsarət yetirmiş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Redaktor.az "Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhərində iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı R.Şərifov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır