Bakıda mağazanın tualetindən meyit TAPILDI

 00:07 13.05.2025     179

Bakıda mağazanın tualetindən meyit tapılıb.

Redaktor.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binə qəsəbəsində qeydə alınıb. 

Qəsəbə ərazisində yerləşən inşaat mağazasının sanitar qovşağında kişi meyiti aşkar edilib.

Meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Sabir oğlu Bəşirov olması müəyyən edilib. 

Araşdırma aparılır.