Şəhid atası vəfat etdi

 00:19 13.05.2025     104

Şəhid mayor Emil Mayılovun atası vəfat edib.

Redaktor.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, şəhid atası Şahid Mayılov uzunsürən onkoloji xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, E. Mayılov 30 noyabr 2021-ci il tarixində “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olub.