Tərtərdə 35 yaşlı qadın qətlə yetirildi - QAYINATASI SAXLANILDI

 11:47 13.05.2025     326

Tərtərdə qətl hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən