Gəncədə döyülərək xəsarət alan 18 yaşlı oğlan öldü - YENİLƏNİB

 13:31 13.05.2025     186

Mayın 13-də saat 00:00 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.

“Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.

***

Gəncədə xəsarət alan 18 yaşlı oğlan ölüb.

Redaktor.az xəbər verir ki, 2007-ci il təvəllüdlü E.İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyən edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

***

Gəncə sakini naməlum şəraitdə ölümcül xəsarət alıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü E. İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona xəstəxanada tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Gəncin hansı səbəbdən xəsarət alması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara davam etdirilir.