Məcnun Məmmədov koronavirusa YOLUXDU

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.
Redaktor.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib.
“Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”, - qurumdan bildirilib.