Gəncədə gənc oğlanı avtomobil VURDU

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Q.Qayıbzadəni vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi olaraq qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır (APA).