Göyçayda ağacdan meyvə yığan şəxs yıxılaraq ÖLDÜ

 10:42 14.05.2025     153

Göyçayda bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Göyçay rayon Bığır kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb. Onun aldığı xəsarətlərdən dünən yaşadığı evdə öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır (APA).