“Melissa Group”un rəhbəri həbsdən BURAXILDI

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub.
Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.