Bakıda cibgirlik edən əcnəbilər SAXLANILDI

 14:17 14.05.2025     592

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.

Redaktor.az xəbər verir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə daxil olan məlumat əsasında əməliyyat tədbirləri keçirilib.

Paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar.

Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.