Goranboyda qadını tirlə vuran əri imiş - YENİLƏNİB

Goranboyda tir tüfəngindən açılan atəşdən qadının xəsarət alması ilə bağlı təfərrüat məlum olub.
Redaktor.az-ın APA-ya istinadla məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açılıb. Xəsarət yetirən şəxsin onun həyat yoldaşı olması müəyyən edilib.
Məlumata görə, həyat yoldaşı evin həyətində sərçə ovlayan zaman güllə ehtiyatsızlıqdan N.Xudaverdiyevaya dəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bundan əvvəl qadının qayınanasının tir tüfəngindən atəş açması nəticəsində xəsarət aldığı barədə məlumat yayılmışdı.
11:58
***
Mayın 14-də saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, qarının ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib:
"Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".
Xatırladaq ki, Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarının travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.
Faktla bağlı araşdırma aparılır.