Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO

Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.
Nəticədə “Niva” markalı avtomobildə olan sürücünün 1977-ci il təvəllüdlü həyat yoldaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).