Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən YIXILDI

 10:41 16.05.2025     89

Şamaxı rayonunda bədbəxt hadisə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.

Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışır. Hadisə də təmizlik işləri görərkən baş verib.

Faktla bağlı araşdırmalar aparılır (Qafqazinfo).