Goranboyda 13 yaşlı qızı maşın VURDU

Goranboyda yol qəzası baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü A.Əliyevanı vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.