Türkiyədə onlarla şagird dönərdən ZƏHƏRLƏNDİ

 22:00 16.05.2025     103

Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.

Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb. Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.

Onların bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.