Yıxılan gənc 6 gün sonra ÖLDÜ

 13:42 17.05.2025     80

6 gün əvvəl qoşqudan yıxılan Bərdə sakini xəstəxanada ölüb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla xəbərinə görə, hadisə Bərdə rayon Yeni Daşkənd kəndində baş verib. 

Kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb. Baş nahiyəsindən ağır xəsarət alan K.Əlizadə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və o, xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.