Xırdalanda 35 yaşlı kişi qətlə YETİRİLDİ

 20:31 17.05.2025     132

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Redaktor.az “Report”a istinadən verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.