Gəncədə 18 yaşlı oğlanı bıçaqlayan şəxs TUTULDU

Gəncədə 18 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M. Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.