Celal Şengörün həbsi tələb edilir

Türkiyənin tanınmış alimi Celal Şengörün həbs edilməsi tələb edilir.
Redaktor.az xəbər verir ki, buna səbəb kimi onun sosial şəbəkələrdə paylaşılan videoda türk xalqı ilə bağlı dediyi sözlər göstərilir.
“Mən türk xalqı qədər cahil, türk xalqı qədər əxlaq məfhumundan məhrum bir cəmiyyət tanımadım”, - o videoda deyib.
Buna görə, alim haqqında dövləti, türk xalqını, dövlətin qurum və orqanlarını təhqir etmək ittihamı ilə 2 ilə qədər həbs cəzası tələb edən ittiham aktı hazırlanıb.