İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı +VİDEO - YENİLƏNİB

Bu gün paytaxtda yerləşən 8 saylı tam orta məktəbdə imtahan verən 4-cü sinif şagirdlərinin imtahandan gec buraxıldığı iddia edilir. Belə ki, imtahan vərəqələrinin şagirdlərə imtahan başlayandan 3-4 saat sonra paylanıldığı bildirilir.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı həmin şagirdlərin valideynləri Baku TV-yə müraciət edib.
Onların iddialarına görə, imtahan başlayandan 150 dəqiqə sonra bitməli olsa da, şagirlər 4-5 saat məktəbdən buraxılmayıblar.
Məktəbin qarşısında gözləyən valideynlər bu haldan narahat olaraq uşaqlarının buraxılmasını tələb ediblər. Onların tələbindən sonra şagirdlər ağlayaraq məktəb binasından çıxıb.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, 4-cü sinif şagirdləri üçün keçirilən monitorinq zamanı bir imtahan mərkəzində texniki məsələlərlə bağlı problem yaranıb:
“Bununla bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal vaxt ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın verilməsi təmin olunub”.
***
Redaktor.az xəbər verir ki, BŞTİ-dən “Qafqazinfo”ya bildirilib ki, həmin imtahan mərkəzində baş verən məsələ araşdırılıb:
“Mayın 17-də paytaxtda monitorinq üçün ayrılmış 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın IV sinif şagirdi biliyini sınayıb.
lV sinif şagirdləri üçün keçirilən monitorinq zamanı 8 nömrəli tam orta məktəbdəki imtahan mərkəzində yaranan texniki məsələlərlə bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal müddət ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın (150 dəqiqə) verilməsi təmin olunub.
Qeyd olunan həmin imtahan mərkəzində baş verən məsələ araşdırılıb. Monitorinqdə texniki səbəbdən problemlə üzləşən 46 nömrəli tam orta məktəb şagirdlərinin valideynləri ilə videogörüntülü görüş keçirilib, onlarla müvafiq söhbət aparılıb, valideynləri düşündürən suallara aydınlıq gətirilib.
Qeyd edək ki, monitorinqin nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir”.
Daha ətraflı süjetdə: