Mingəçevirdə minik maşınları toqquşdu, yaralılar var

 23:31 17.05.2025     300

Mingəçevirdə "KIA" markalı minik maşını "Chevrolet" markalı minik maşını ilə toqquşub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər ərazisində "Alaqapı" adlanan ərazidə qeydə alınıb.

Hadisə nəticəsində“KIA”-da olan sərnişinlər Ucar rayon sakini 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Şamba Süleymanova xəsarət alıb.

Hər iki yaralı Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.