Şabrandakı qəzanın detalları məlum oldu - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, "Azsamand" markalı minik avtomobili qarşı hərəkət zolağına çıxaraq iri yük avtomobili ilə toqquşub.
Qəza zamanı sürücü və sərnişini hadisə yerində ölüblər. Ölən sürücünün 2002-ci il təvəllüdlü paytaxt sakini Akif Zeynalzadə olduğu müəyyənləşib. Həlak olan qadın sərnişinin isə, şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
12:30
***
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, "Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır (APA).