Şabranda qəza - qazi və həyat yoldaşı öldü - FOTO

 16:58 18.05.2025     151

Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Şabranda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü  Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. D. Zeynalzadə ikinci övladına hamilə olub.

Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.