Lənkəranda baş verən qəzalarda 2-si azyaşlı olmaqla 10 nəfər xəsarət ALDI

 21:53 18.05.2025     68

Lənkəranda ayrı-ayrı ünvanlarda yol-nəqliyyat hadisələri baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran rayonunun ayrı-ayrı ünvanlarında yol-nəqliyyat hadisələri baş verib.

Qəzalardan biri rayonunun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb.

"Toyota RAV4", "Lada Granta", "VAZ-2106", "Nissan" avtomobillərinin və "Mercedes" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzalarda 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəstəxanadan verilən məlumata görə 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonun Velədi kənd sakinləridir.

Qəzalarda 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov, 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova, 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov, 2016-cı il təvəllüdlü Z. Nəcəfova, 2024-cü il təvəllüdlü R. Nəcəfova, 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov, Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev, Masallı rayon Sığıncaq kənd sakini 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova, Masallı rayon Sığıncaq kənd sakini 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və Masallı rayonunun Bədəlan kənd sakini 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov xəsarət alıblar.

Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktlarla bağlı araşdırma aparılır.