Tut yığmağa ağaca çıxmışdı, ölümlə nəticələndi

 22:55 18.05.2025     91

Mingəçevirdə 58 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, bədbəxt hadisə şəhərin “Şəfa bağları” adlanan ərazisində olan fərdi evlərdən birində baş verib.

Şəhər sakini Firdovsi Adıgözəlov həyətində tut yığmaq üçün çıxdığı ağacdan yıxılıb. Nəticədə F.Adıgözəlov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).