35 yaşlı kişi 8 manata görə öldürülüb? - Video

Abşeronda iaşə obyektində qətl hadisəsi törədilib.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşdükdən sonar baş verib.
Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.
İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: