Salyanda avtomobilin üstünə ağac aşdı - VİDEO

 18:37 19.05.2025     145

Güclü külək Salyan rayonunda fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, külək bu gün Salyan şəhərindəki irigövdəli çinar ağacını aşırıb. Nəticədə ağac “Hyundai Sonata” markalı avtomobilin üzərinə düşüb.

Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.