Xırdalanda yaşayış binasında yanğın OLDU

 20:38 19.05.2025     91

Xırdalanda yaşayış binasında yanğın olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 8 m² sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.