Bakı-Naxçıvan avtobusunda narazılıq - alverçilər hər yeri zəbt edib - VİDEO

 12:16 20.05.2025     169

Bakı-Naxçıvan avtobusu ilə İran yolu gedənlər şikayət edir.

Redaktor.az xəbər verir ki, bu barədə ictimai fəal Elyar İslamoğlu məlumat yayıb. Onun sözlərinə görə, alverçilərin normadan artıq yükü sərnişinlərin istirahətinə mane olur:

"Alverçilər avtobusda bir qarış da olsa boş yer saxlamır, oturacaqların aralarını da yüklə doldururlar. Nəticədə avtobus sərnişinlərin istirahət etməsi üçün saxlayanda düşüb minmək üçün yüklərin üstündən keçmək lazım gəlir.

Bir çox hallarda avtobus belə yükləmək üçün sürücüyə əvvəlcədən pul verilir". 

Vasif ƏLİHÜSEYN