Azərbaycanda DƏHŞƏTLİ QƏTL: 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə ATDI

 16:05 20.05.2025     312

Sabirabadda qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir (APA). 

Vumart və Güvən reklamı Vumart Güvən