İmişlidə traktorun qoşqusu və 2,5 ton ot YANDI

 19:34 20.05.2025     91

İmişli rayonunda yanğın hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

Belə ki, "T-28" markalı traktorun qoşqusunda yanğın başlayıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın nəticəsində traktorun qoşqusu və qoşquya yığılan 2,5 ton ot bağlaması yanıb.

Faktla bağlı araşdırmalar aparılır.