Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başladıldı

 20:29 20.05.2025     95

Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindın Redaktor.az-a daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.