Ağstafada 27 yaşlı kişi BIÇAQLANDI

 20:44 20.05.2025     122

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazində qeydə alınıb.

Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü K. Aşurov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.