Şadlıq sarayında toy zamanı yanğın baş verdi - VİDEO

 11:03 21.05.2025     165

Bakının Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında yanğın baş verib.

Redaktor.az manset.az-a istinadən xəbər verir ki, hadisə ötən gün toy mərasimi keçirilən zaman olub.

Belə ki, saat 19:35 radələrində baş verən yanğının mətbəxdə başladığı bildirilib.

Həmçinin qeyd olunub ki, yanğın zamanı şadlıq evində iki toy mərasimi keçirilirmiş.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən şadlıq sarayının mətbəxində kiçik alovlanma baş verib: “Hadisəyə dərhal müdaxilə edilərək söndürülüb”.

Sözügedən görüntüləri təqdim edirik: