Tanınmış iş adamı vəfat ETDİ

Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən tanınmış iş adamı Süleyman İsmayılov dünyasını dəyişib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sahibkar xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, S. İsmayılov Füzulidə və ətraf rayonlarda çoxsaylı fermer təsərrüfatlarına, un dəyirmanına, çörəkbişirmə zavodlarına sahib olub.
Onun oğlu - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin sabiq rəisi Anar İsmayılov 2013-cü ildə yarım milyonluq korrupsiya ittihamı ilə işdən çıxarılaraq həbs edilmişdi.